Qadin.NET / Ev çörəyi (foto resept)

Ev çörəyi (foto resept)

Əziz xanımlar bu gün sizlərlə gənc qızlarımız üçün çörək bişirilməsi qaydasını paylaşmaq istəyirəm.Eviniz hər zaman ruzili bərəkətli olsun.Buyurun baxın.



Tərkibi.

1kq un
10 qr maya
1ç.q.şəkər tozu
1 yumurta
Azca Azərduz yodlu narın xörək duzu,
su.


Hazırlanması.
İlk öncə maya hazırlanılır.Bunun üçün 1çay qaşığı şəkər tozu, 10 qrmaya,1 çay qaşığı un və bir az su birlikdə qarışdırılır.


İsti yerə qoyulur ki,maya acısın.


Budur artıq maya hazırdır.


İndi isə xəmirimizi yoğuraq.Yekə bir ləyən götürülür,un,hazır maya ,duz,və su tökülüb xəmir yoğrulur.Çalışın ki,xəmiriniz bərk olmasın yumuşaq bir xəmir olmalıdır.Xəmir bərk olsa yaxşı acımaz və çörək yaxşı alınmaz.Xəmirin üstü örtülür və isti yerə acımağa qoyulur.



Budur artıq xəmir acıyıb.

Acımış xəmiri yenə yoğurub qoyuruq acımağa.

İndi isə əllərimizi yağlayıb,xəmiri kündələyirik.Yarım saat kündədə saxlayırıq.


List yağlanılır,kündəyə gəlmiş xəmir listə yayılır və üzərinə yumurta çəkib çəngəllə bəziyirik,və bişiririk.


 
Budur artıq çörəyimiz hazırdı.


Nuş olsun!!!
13 noyabr 2010
GO BACK