Qadin.NET / Bibərli, pomidorlu, vetçinalı olladi (foto resept)

Bibərli, pomidorlu, vetçinalı olladi (foto resept)

Tərkibi:

2-3  ədəd yumurta

 1 st qatıq

1,5-2 st un

0,5 ədəd rəngli bolqar bibəri

1 ədəd "Bizim Tarla" soyulmuş doğranmış pomidor

3 nazik dilim vetçina

 0,5 dəstə şüyüd, cəfəri

0,5 ç.q soda

1,5 x.q şəkər tozu

Bir çimdik duz

Qızartmaq üçün:

"Wellington" kərə yağı

Hazırlanması:

Yumurta, qatıq, soda, duz, şəkər tozu, un çalınır.

Pomidor, vetçina, bolqar bibəri ayrı-ayrılıqda xırda kub şəklində doğranılır.

Cəfəri, şüyüd xırda-xırda doğranılır.

Doğranmış ərzaqlar çalınmış kütləyə əlavə edilib qarışdırılır.

İsidilmiş tavaya bitki yağı əlavə edirik, hazır kütlədən qaşıqla töküb hər iki üzünü qızardırıq.

Olladilərimiz hazırdır.

Nuş olsun!

                                                                                              (Tərcümə edilib )

3 oktyabr 2013
GO BACK