Tərkibi:
1 st süd
3 ədəd yumurta
5 x/q bitki yağı
1 x/q kakao
0,5 ç/q soda
0,5 st şəkər tozu
100 q şokalad
Un
Bir çimdik "Azərduz" yodlu narın xörək duzu
İçlik üçün:
200 ml qaymaq 35%-li
200 q kəsmik
Şəkər pudrası
Konservləşdirilmiş şaftalı
Üzəri üçün:
Şokolad
Bitki yağı
Hazırlanması:
Yumurta ağına duz əlavə edərək beze olana qədər çalınıb soyuducuya qoyulur.
Yumurta sarısı şəkər tozu ilə çalınır, üzərinə yağ əlavə edilib bir daha çalınır.
Südə şokolad əlavə edib odun üzərinə qoyularaq əridilir.
Əvvəlcə unun yarı hissəsinə soda, kakao əlavə edilib qarışdırılır.
Şokoladlı südə yumurta sarısı qarışığı əlavə edərək çalınır.
Kakaolu un əlavə edilib qarışdırılır.
Bu qarışığa beze əlavə edilib ehmalca qarışdırılır.
Xəmirimiz hazırdır.
Əvvəlcədən isidilmiş tavaya qaşıqla tökülərək hər iki üzü bişirilir.
Qaymaq mikserdə çalınır, daha sonra kəsmik əlavə edilib yenə çalınır. Zövqə görə şəkər pudrası əlavə edilib çalınır. Hazır blinçikin üzərinə krem çəkilib konservləşdirilmiş şaftalı düzülüb rulet kimi burulur.
Rulet kiçik hissələrlə doğranılır.
Şokolad əridilir və üzərinə azca bitki yağı əlavə edilir.
Rolla şokolada batırılaraq boşqaba yığılır.
Şirin rollalarımız hazırdır.
Nuş olsun!
(tərcümə edilib)