Xəmiri üçün:
600-650 qram un
60 qram şəkər tozu
0,5 ç.q "Azərduz" yodlu narın xörək duzu
200 qram xama
50 ml süd
80 qram kərə yağı
2 ədəd yumurta
Maya
Vanil
İçlik üçün:
2 x.q kərə yağı (əridilmiş)
2 x.q bal
1,5 stəkan qoz ləpəsi (doğranılmış)
1/3 stəkan şəkər tozu
Darçın və ya hil (zövqə görə)
Üzəri üçün:
2 yumurta sarısı
2 x.q süd.
Hazırlanması:
Südü qızdırırıq, maya, sonra yağı əlavə edib bir az qarışdırırıq. Başqa bir qabda şəkər tozunu, xamanı, yumurtanı, duzu bir yerdə yaxşıca qarışdırırıq. Süd ilə mayanı, yağı alınan kütləyə əlavə edirik. Sonra un vurub yumşaq, hamar , ələ yapışmayan xəmir yoğururuq və isti yerə qoyuruq.
İçliyin hazırlanması:
Əridilmiş yağı balla qarışdırırıq, bir başqa qabda da doğranılmış qoz ləpəsi, şəkər tozu və hili qarışdırırıq.
Xəmirimizi 10-12 yerdən kəsirik.
30-35 dəqiqə şişməsini gözləyirik.
Üzərinə yumurta sarısı ilə südü çəkib, əvvlcədən 160-170 dərəcədə qızdırılmış sobaya 30-40dəqiqəliyə qoyuruq.
Hazır olduqdan sonra şəkər pudrası, azca su və vanildən hazırlanmış qlazurda çəkmək olar.
Nuş olsun!
(tərcümə edilib)