Qadin.NET / Kremli və cemli peraşki (foto-resept)

Kremli və cemli peraşki (foto-resept)

Tərkibi:

Xəmir üçün:

6 su stəkanı un

1 x.q. maya 

İsti su

İçlik üçün :

Cem və ya krem

Krem üçün:

1 stəkan süd

1 st.  su

1 st. şəkər tozu

2 ç.q.un

1 ç.q. nişasta

1 paçka vanil.

Hazırlanması:

Dərin bir qab götürülür və içinə un qoyulur. Üzərinə maya əlavə olunur və bir çmdik duz tökülür.

İsti su ilə  yumşaq xəmir yoğrulur üzəri unlanır  və isti yerə qoyulub üstü örtülür ki,acısın.

İndi isə kremimizi  hazırlayaq.

Dərin qaba süd,su ,toz şəkər,un,nişasta və vanil əlavə edirik.

Qaşıq vasitəsilə içindəkiləri qarışdırırıq ki,topa qalmasın .Sonra ocağın üstünə qoyub orta dərəcədə qatılaşana qədər əlinizdən yerə qoymamaq şərti ilə qarışdırılır.Lazım olan qatılığı əldə etdiyinizi bilmək üçün qarışdırdığınız qaşığın arxasına əlinizlə xətt çəkirsiniz əgər o xətt bağlanmazsa demək ki,krem hazırdır.Onu ocaqdan alıb soyumağını gözləməliyik.

Xəmirimiz acıdıqdan sonra ondan balaca kündələr qoparırıq və əlimizi duru yağa batıraraq azca açırıq.

 Sonra bir çay qaşığı kremi açdığımız kündənin ortasına qoyuruq.İstəsəniz cem də qoya bilərsiz.

 

Və onu bükürük.

 

Sonra duru yağda o üzlü-bu üzlü qızardılır.

Hamınıza nuş olsun!

9 iyun 2013
GO BACK