Tərkibi.
Süd 2 litr
Şəkər tozu 500 qram
Soda 1 çay qaşığı
Vanel
Hazırlanması.
İlk öncə altı qalın qazan götürülür,içinə süd tökülür və qaynamağa qoyulur.
Soda az miqdarda suyun içərisində əridilir.
Qaynayan südün içərisinə şəkər tozu və vanel əlavə edilir.
Sonra soda əlavə edilir.
Taxta qaşıqla dayanmadan gur xodda qarışdırılır.
Nə vaxt ki,süd rəngini dəyişir və qatılaşır, bu zaman qazın xodunu azaldırıq.
İndi aşağı odda 30 dəqiqə bişirilir,bu zaman get-gedə südün rəngi qəhvəyi rəngi alır,və sulu bala oxşayır.
Qazanı odun üstündən götürürük,və içərisində soyuq su olan başqa bir qazanın içərisinə qoyub yenə 5 dəqiqə qarışdırırıq.
Bişmiş qatılaşdırılmış südümüz hazırdır.Bankaya yığıb soyuducuya qoyuduruq.
NUŞ OLSUN!!!
Qadin.net oxucularının istəyi ilə...