Tərkibi:
1kq --- turşa-şirin alma
100 qr--- qoz
1 çay qaşığı --- limon və ya portağal qabığı
2-3 --- yumurta
100 qr --- kişmiş
4 çay qaşığı şəkər
4/1 çay qaşığı darçın
1 stəkan suxari
Hazırlanması:
Almaların qabığını soyub ya çubuq halında doğrayın, ya da iri rəndədən keçirin.Suyunu sıxın.
Qozu xırdalayıb doğranmış almalarla birlikdə həfif qızardın.Bu qarışıma 1 çay qaşığı limon və ya portağal qabığı,2-3 yumurta,100 qr kişmiş,4 çay qaşığı şəkər,4/1 çay qaşığı darçın və 1 stəkan quru suxari əlavə edin.
Bunların hamısını qarışdırdıqdan sonra duxovkada 30 dəqiqə bişirin.
Bişirilib soyutduqdan sonra istəyə görə servis edərkən üzərinə dondurma da qoya bilərsiniz.
Nuş olsun!