Qadin.NET / Küncütdən konfet (foto resept)

Küncütdən konfet (foto resept)

Tərkibi:

150 q şəkər tozu  

60 ml bal

140 q küncüt

2 ç.q. "Wellington" kərə yağı

1 x.q. qaşıq su

0,5 ç.q  soda

1 ç.q.  vanil 

 Hazırlanması:

Şəkər tozunu, duz, bal və suyu bir qaba tökürük.

Küncütdən konfet (foto resept)

Bunları vam odda qızdırıb əridirik.

Küncütdən konfet (foto resept)

Quru küncütü əlavə edirik və qızılı rəng alana kimi, təxminən 5-10 dəqiqə qızardırıq.

Küncütdən konfet (foto resept)

Sonra oddan götürüb yağ və vanil əlavə edirik. Yağ əriyəndə sodanı əlavə edirik. Soda konfetimizi yüngül edəcək.

Ayrı bir tavaya folqa sərib yağlayırıq və alınan kütləni falqaya səririk.

Küncütdən konfet (foto resept)

Folqaya sərdikdən sonra bıçaqla dama-dama iz qoyun ki, soyuyandan sonra doğramaq asan olsun.

Soyuduqdan sonra konfetimizi hissələrə bölüb süfrəyə veririk.

Küncütdən konfet (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

28 iyun 2013
GO BACK