Qadin.NET / Ciyər tortu (foto resept)

Ciyər tortu (foto resept)

 

Ciyər tortu (foto resept)

Tərkibi.

 

700 qr mal ciyəri

 

2 ədəd yumurta
100 süd.

 

100 qr un

 

200 qr soğan

 

200 qr yerkökü

 

3 diş sarmısaq

 

"Bizim Süfrə" limonlu mayonezi,

Azərduz yodlu narın xörək duzu,

 

sulu yağ.

 

Bəzəmək üçün

 

3 ədəd yumurta

 

pamidor,göyərti.

 

 

Hazırlanması.

 

Soğan xırda doğranılır.

 



Yerkökü rəndədən keçirilir.



Soğan yağda qızardılır.



Sonra üzərinə yerkökü əlavə edilir,yaxşıca qovrulur.



Sarmısaq əzilir və mayonezə əlavə edilir.



Ciyər yuyulur,ət maşınından keçirilir.



Yumurta əlavə edilir yaxşı qarışdırılır.



Süd əlavə edilir,qarışdırılır.



Sonra un  və duz tökülür və qarışdırılır.



İndi isə keçək bişirməyə.Tava yağlanılır,bilinçik formasında hər iki tərəfi 5 dəqiqə olmaq şərti ilə orta odda qızardılır.Burda diametri 16 sm olan 5 bilinçik alınıb.Bilinçikləri çevirərkən qırılmaması üçün boşqab yardımı ilə çevirmək lazımdı.



İsti bilinçik mayonezlənilir.



Üzərinə yerkökü və soğan qoyulur.



Üzəri ciyər bilinçiklə örtülür.Bu şəkildə hamısı üst-üstə yığılır.



Sonda yumurta ağı ilə kənarları,sarısı ilə isə üzəri bəzədılır.Pamidorun qabığından qızılgül hazırlanılır.Pamidorun qabığı nazik kəsilir.


Ciyər tortu (foto resept)




Ciyər tortu (foto resept)

Bu şəkildə bükülür,və tortun üzəi bəzədilir.


Ciyər tortu (foto resept)



Ciyər tortumuz hazırdır.


Ciyər tortu (foto resept)














3 oktyabr 2010
GO BACK