Lazım olan ərzaqlar:
Göyərti
Un
Yumurta
Sarıkök
Nar
Sulu yağ(1x.q)
Kərə yağı
Azərduz yodlu narın xörək duzu,
istiot
Hazırlanması:
Göyərtiləri doğrayırıq.
Narları dənələyirik.Onuda qeyd edim ki,nar zövqə görədi.Kim istəsə vura,vurmuya bilər.
Sonra xəmri yuğururuq.Xəmirə su,duz,sulu yağ qatırıq.Kündələrə ayırib,yaymağa başlayırıq.
Yayma hazırdı.
İçinə dogradığmız göyərtini qoyuruq.
Yadınızdan çıxartmıyın ki,heç vaxt qabaqcadan göyərtiyə duz vurmaq olmaz.Su salar.Ona görə göyərtinin üzərinə duz,istiot səpirik.
Boxçamızı bu qayda da bükməyə başlayırıq:
Yan tərəfləri birləşdiririk:
Bu qayda da bütün boxçaları hazırlayırıq.Listə yığırıq.Peçə qoymazdan əvvəl 1yumurtanı sarıköklə qarışdırıb,boxçaların üzərinə çəkirik.
180 dərəcə peçə qoyuruq.Tez-tez açmırıq ki,şişsinlər.
Hazır olanda götürüb,bıçaqla içərsini balaca kəsib,1az kərə yağı qoyuruq.Yumşaq qalmasıyçun üzərini dəsmalla örtüb soyumağa qoyuruq.Buyurun.
Nuş olsun!