Qadin.NET / Halva (foto resept)

Halva (foto resept)

Belə bir kəlam var – “Halva-halva deməklə ağız şirin olmaz”. Ağzınızın şirin olması üçün sizlərlə halvanın reseptini bölüşmək istəyirəm.Bu Bakı  halvasıdır.Buyurun baxın.


Tərkibi.

180 qram un

200 qram kərə yağı

200 qram şəkər tozu

200 ml su

bir çimdik zəfəran 

bir çimdik Azərduz yodlu narın xörək duzu


Hazırlanması

İlk öncə şərbət hazırlanır.200qram şəkər tozuna 200ml su töküb qoyuruq qaynamağa.

Şərbət qaynayan kimi zəfəran tökülür və qazın üzərindən götürülür.

200 qram yağı tavaya töküb  qoyuruq əriməyə.Qaynatmaq lazım deyil.


Yağ əriyən kimi unu və bir çimdik duz əlavə edib başlayırıq qovurmağa.


Qaz orta odda olmalıdır.Yağ unu təmiz canına çəkməlidir.Yağla un qızılı rəngə çalıncaya kimi dayanmadan qovururuq.


Unumuz qızılı rəng aldıqdan sonra tavanı kənara qoyub,şərbəti az-az əlavə eib qarışdırırıq.



Halvamız hazırdır.Boşqablara yığıb zövqə görə üzəri bəzədilir.


 
25 sentyabr 2010
GO BACK