Qadin.NET / Sadə tutmac (foto-resept)

Sadə tutmac (foto-resept)

Tərkibi:

500 qr. un

1 ədəd yumurta

1 xörək qaşığı "Azərduz" yodlu narın xörək duzu
 50 qr. duru yağ
Aparacağı qədər su.
 Əvvəlcə suyu isidib ( adi xəmir suyu kimi) bütün ərzaqları una əlavə edərək xəmir yoğururuq. Bükərək 30 dəqiqə saxlayırıq.

 

 

 

 

16-14 kündəyə bölüb, kündələri  yayıb açırıq.


 

Odun üzərində sacda bişiririk. Əgər sac yoxdursa, yuxanı dörd hissəyə bölüb qızdırılmış tavada da hazırlamaq olar.

 

 

 

Bir neçəsini üst-üstə sərib xəmir kəsən qayçı ilə kiçik hissələ bölürük. (Adi xəngəl xəmirindən kiçik)

 

 

 

Şəkildə gördüyünüz 4 litirlik qazana 3 litr su, 1 xörək qaşığı duz töküb qaynadırıq. Su qaynadıqdan sonra 6 yuxanı kiçik hissələrə bölüb qaynayan suya tökürük. Tez-tez qarışdırırıq ki, dibi yapışmasın, əgər xəmirlər qazanın dibinə çökürsə deməli bişib və odun üstündən götürürük.


 

Təqribən bir stəkan lobyanı qaynadıb, təmiz-təmiz yuyuruq.

 

 

Lobyaları bişmiş xəmirin üzərinə əlavə edib qarışdırırıq.


 

 

Artıq tutmac hazırdır.

 

 

    Qatığı yaxşı açıb, zövqə görə bir diş doğranmış sarımsaqla qarışdırılır. 

 

   

Qatıq əlavə edilərək süfrəyə verilir.

 

Nuş olsun!

24 fevral 2013
GO BACK