Qadin.NET / Tartaletka (foto resept)

Tartaletka (foto resept)

Tərkibi.
Yarım stəkan süd
170 qram un
40qram yağ,kərə və ya marqarin
1xörək qaşığı şəkər tozu
1 yumurta sarısı.
1 çimdik Azərduz yodlu narın xörək duzu.
keks qabları.
Hazırlanması.
İlk öncə süd,şəkər tozu,duz,yumurta sarısı və unun yarısı yaxşıca çalınır.
Ayrı bir qabda yağla unun yarısını umac halına gətiririk.
Sonra iki qatışıgı bir-birinə qatıb qarışdırırıq.
Xəmirimiz hazırdır.
İndi isə xəmiri nazik yayiriq.
Yaydığımız xəmiri keks qabının içinə qoyuruq.Çalışın ki,xəmirlə qabın arasında hava qalmasın.Artıq qalan hissəsini kəsib götürürük.

Öncədən qızdırılmış peçdə qızarana kimi qızardırıq.
Tartaletkamız hazırdır.
Diqqət:İlk öncə tartaletkalar quru olur.İçərisinə salat yığıldıqdan sonra yumuşalır.
13 sentyabr 2010
GO BACK