Tərkibi:
xəmiri:
2/3 st un
3 x.q marqarin
2/3 st su
1/2 x.q şəkər
3 yumurta
kremi:
1st süt
6 x.q şəkər
3 x.q un
2 x.q kərə yağı
2 yumurta sarısı
1 paket vanil
şokoladı:
1 st şəkər
3 x.q kakao
1/2 st süt
3 x.q marqarin
üstü:
1 paket krem şanti
1/2 st süd
Hazırlaması:
P.S. Əvvəl kremi və şokoladı hazır edib soyumağa qoyuruq,sonra xəmiri hazırlayırıq.
krem üçün qazana yumurta sarısı,şəkəri və vanili töküb qarışdırırıq.üzərinə qaynar südü yavaş-yavaş əlavə edirik və ocağa qoyuruq.unu da qatıb,krem halına gələnə kimi qarışdıraraq bişiririk. ən son kərə yağını qatıb bir daha qarışdırırıq və ocaqdan götürürük.
Şokolad üçün kakao,şəkər və südü bir qazana töküb qarışdırırıq.ocağın üzərinə qoyub qatılaşana kimi bişiririk.qabı ocaqdan götürüb yağ əlavə edirik,əriyənə kimi qarışdırıb soyumağa qoyuruq.
krem şanti üçün şanti tozunu və südü mikserlə həll olana kimi qarışdırırıq.istifadə edənə kimi soyuducuda saxlayırıq.
və ən son profiterolun hazırlanmasına gəldi sıra.bişirdiyimiz xəmirlərin enli hissəsini qapaq şəklində kəsirik.içinə bişirdiyimiz kremdən qoyuruq və qapağı örtürük.hamısı eyni üsulla doldurulur,qaba yığılır.üzərinə bişirdiyimiz şokoladı tökürük.onun da üzərinə krem şanti ilə bəzək vururuq.(krem şanti olmasa da olar).