Tərkibi.
5-6 ədəd yaşıl turş alma
4 ədəd yumurta
1 stəkan şəkər tozu
1 stəkan un
1 xörək qaşığı suxarı
şəkər pudrası
vanel.
Hazırlanması.
Diqqət:Yumurtalar mütləq otaq temperatorunda olmalıdır.
İlk öncə yumurta yaxşıca köpüklənənə kimi mikserllə çalınır.
Sonra üzərinə vanel və şəkər tozu tökülür.
Şəkər tozu bir az əridikdən sonra un əlavə edilir,və bir az çalınır və hazırdır.
Kənarları açılan qabın dibi yağlanır,və suxari səpilir.
Almaların qabığı soyulur və doğranılır, suxarilərin üzərindən düzülür.
Hazır məhlul almaların üzərinə tökülür.
Sobanı 180 dərəcəyə qədər qızdırın.Piroqu 40-45 dəqiqəyə qədər üstü qızarana kimi bişirin.
Piroq soyuduqdan sonra dilimlərə bölüb süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN!!!