Qadin.NET / İtalyan nuqası (foto resept)

İtalyan nuqası (foto resept)

Tərkibi:

7 ədəd yumurtanın ağı

400 qr. şəkər tozu

2 paket tünd plitka şokolad

400 ml. qaymaq

300 qr. fındıq

60 ml. su

Vanil

Hazırlanması:

Əvvəlcə fındığı sobaya qoyub qovururuq. Sonra şəkildəki kimi yarı-yarıya təmizləyirik.

Plitka şokoladın birini sürtkəcdən keçiririk, birini  xırda-xırda doğrayırıq.


Sonra 150 qr. şəkərin üzərinə 3 x.q. su töküb qazın üzərinə qoyuruq. Orta odda qaynayana yaxın oddan götürürük. Təxminən 2 dəqiqə (şəkər qatılaşmasın).

Sonra fındığı şəkərin üzərinə töküb qarışdırırıq və falqa kağızının üzərinə tökürük, soyumasını gözləyirik


Yumurtanın ağını mikserlə beze alınana kimi çalırıq.

250 qr şəkərin üzərinə qalan suyu töküb qazın üzərinə qoyuruq. Sirop alınana kimi  heç qarışdırmırıq. Təxminən 5 dəqiqə olmalıdır.

Fındıqlar soyuduqdan sonra iri formada doğrayırıq.

Sirop ilıq olanda bezeyə əlavə edirik, mikserlə çalırıq (qatı parıltılı və soyuyana kimi).

Qaymağa vanili əlavə edib mikserlə çalırıq. Sonra bezeyə əlavə edib qarışdırırıq.

Sonra şokalad və fındığı da əlavə edib qarışdırırıq.


Keks və ya dördkünc qaba sellofan səririk. Əvvəl  sürtgəcdən keçirilmiş şokoladı qabın içinə tökürük, sonra alınan məhsulu şokoladın üzərinə töküb üzərini sellofan ilə bağlayırıq.


Soyuducuda 1 gecə qaldıqdan sonra süfrəyə veririk. İstəsəniz üzərinə şokolad tökməyə də bilərsiniz.

Reseptə görə FATIM-əyə təşəkkür edirəm smile

Nuş olsun!

25 iyun 2013
GO BACK