Qadin.NET / Kokoslu yaş keks

Kokoslu yaş keks

 Əziz xanımlar, bu dəfə sizlərə fərqli bir şəkildə resept təqdim edəcəm. Əgər ürəyinizcə olacaqsa, rəylərinizdə bildirməyinizi xahiş edirəm. Bəyəndiyiniz halda davam etməyə hazıram.


 

Tərkibi:

 3 ədəd yumurta

 2 armudu stəkan şəkər tozu

 1 armudu stəkan duru yağ

 6 xörək qaşığı süd

 2 armudu stəkan un

 1 paket qabartma tozu

 1 paket vanil

 2 xörək qaşığı kokos

 1 armudu stəkan üyüdülmüş qoz

 2 xörək qaşığı kakao


  İslatmaq üçün:

 1 stəkan süd

 1 desert qaşığı kakao


  Üzəri üçün:

  Kokos


  Hazırlanması:

  Yumurta və şəkər tozunu bir qaba alıb ağaranadək çalırıq. Südü və duru yağı əlavə edirik, ardınca un, qabartma tozu, vanil, kokos, qoz və kakaonu əlavə edirik. Hazırladığımız xəmiri yağlanmış soba listinə töküb, 170 dərəcədə 40-45 dəqiqə bişiririk. 

  Keksi sobadan çıxartdıqdan sonra 10-15 dəqiqə soyudub, sonra dilimləyirik. Süd və kakao qarışığı ilə isladırıq. Üzərini isə kokos ilə bəzəyirik.

   Nuş olsun!

8 iyun 2012
GO BACK