Qadin.NET / Doşablı quru əncir şirniyyatı (foto-resept)

Doşablı quru əncir şirniyyatı (foto-resept)

Tərkibi:

15-16 ədəd quru əncir

1,5 st bütöv qoz

yarım st doşab

2 st su

servis üçün:

istəyə görə qaymaq və ya 1 çay st soyuq südlə çırpılmış kremşanti

Hazırlanması:

Əncirləri qazanlara qoyun, üstünə doşab və suyu əlavə edin.

Orta dərəcədə 5 dəqiqə qədər qaynadın.

Üstünə qozları əlavə edərək aşağı dərəcədə suyunu çəkənə qədər (qazanın dibində doşab qalana qədər) təxminən 20 dəqiqə bişirin.

Qoz və əncirləri qazanda soyumağa qoyun, servis qabına soyuq südlə çırpılmış kremşanti yayın.

Üstünə soyuyan əncirləri və qozları düzərək servis edin.

21 sentyabr 2020
GO BACK