Tərkibi:
250 qram çiyələk
3 y/q bal
200 ml qatıq
yarım banan
istəyə görə çiyələk və böyürtkən parçaları
Hazırlanması:
Çiyələklərin yarpaqlarını təmizləyin və yuyun. Blenderə bananla birlikdə əlavə edib, püre halına gətirin.
Qatıq və balı əlavə edərək yenidən qarışdırın. Sonda meyvə parçalarını əlavə edin.
Hazırladığınız qarışımı istədiyiniz dondurma qəliblərinə töküb dərin dondurucuya qoyun.
1 gün gözlədikdən sonra servis edin.