Qadin.NET / Üzüm mürəbbəsi (foto-resept)

Üzüm mürəbbəsi (foto-resept)

Tərkibi:

300 qram çəyirdəksiz üzüm

300 qram şəkər toz

1 y/q limon suyu

1 ədəd darçın çubuğu

yarım st su

Hazırlanması:

Üzümlərin saplarını ayırın və süzgəcdə sudan keçirin, süzülməyə qoyun.

Süzülən üzümləri orta boy qazana alıb üstünə şəkər tozu səpin və qarışdırın.

Qazanın qapağını bağlayın və 1 gecə otaq istiliyində saxlayın.

Xəfif sulanan dənələrin üstünə yarım stəkan su və çubuq darçın əlavə edərək qazın üstünə qoyun.

Orta dərəcədə arada qazanı silkələyib 30-35 dəqiqə bişirin.
Soyuducuda saxladığınız boşqaba damladaraq yoxlayın. Limon suyunu əlavə edib 5 dəqiqə daha qaynadın.

Soyumağa qoyun, sonra bankaya qoyub soyuducuya qoyun.

25 avqust 2020
GO BACK