Qadin.NET / Alma şirniyyatı (foto-resept)

Alma şirniyyatı (foto-resept)

Tərkibi:

1 ədəd alma

1,5 st şəkər tozu

1 y/q qlükoza (üzüm şəkəri)

1 ədəd limon suyu

1 st su

yarım ç/q qida boyası

Hazırlanması:

Şəkər, qlükoza və suyu qaba qoyun, aşağı dərəcədə qarışdıraraq əridin.

Qaynamağa başlayanda limon suyu və qida boyası əlavə edərək qazın dərəcəsini artırın.

Arada qarışdıraraq 5-10 dəqiqə qaynadın.

Qazın altını söndürərək biraz ilıqlaşmasını gözləyin. 

Almanı çöplərə keçirin və şəkərə batırın.

Tavada tərs çevirərək soyuducuda şəkər sərtləşənə qədər gözləyin.

4 avqust 2020
GO BACK