Qadin.NET / Təzə əncir şirniyyatı (foto-resept)

Təzə əncir şirniyyatı (foto-resept)

Tərkibi:

10-15 ədəd əncir

1 st şəkər tozu

2-3 diş quru mixək

1 ç/q darçın

bəzəmək üçün:

istəyə görə qoz və ya badam

yarım paket çiy krem

Hazırlanması:

Əncirləri yuyun, iki hissəyə bölərək qaba yerləşdirin, üstünə şəkər tozu, darçın, mixək səpin.

Sobanı 180 dərəcə müəyyənləşdirin, əncirlərin üstünə əvvəlcə yağlı kağız sərin, sonra alminium folyo ilə bağlayaraq 25-30 dəqiqə bişirin.

İlıqlaşan əncirləri servis qabına qoyun, qabda qalan şərbəti şirniyyatın üstünə gəzdirin.

Kremi 3-4 dəqiqə çırparaq qatılaşmasını təmin edin və şirniyyatın yanında servis edin.

26 iyul 2020
GO BACK