Qadin.NET / Alça marmeladı (foto-resept)

Alça marmeladı (foto-resept)

Tərkibi:

1,5 kq turş alça

yarım su st su

1 kq toz şəkər

yarım limon suyu 

Hazırlanması:

Alçaları yuyub süzün. Yarım su ilə birlikdə qazana qoyun.

Alçaların qabıqları partlayıb yumşalana qədər təxminən 10 dəqiqə qaynadın. Qazın üstündən götürdüyünüz alçaları süzün və suyunu qırağa qoyun.

Alçaları əzərək çəyirdəklərini ayırın.

Alça püresini ölçün eyni miqdarda şəkəri əlavə edin, ara-ara qarışdıraraq bişirin.

Soyuducuda soyutduğunuz çay boşqabına 1 damla damladın. Əgər asanlıqla axmırsa hazırdır.

Marmelada limon suyu əlavə edin. 2 dəqiqə qədər qarışdıraraq bişirin və qazın üstündən götürün.

İsti-isti bankaya qoyduğunuz marmeladın qapağını bağlayın və saxlayın.

21 iyul 2020
GO BACK