Tərkibi:
böyürtkənli qat üçün:
10 ədəd böyürtkən
1 su st qatıq
1 y/q bal
3 y/q chia toxumu
xurmalı qarışım üçün
10 ədəd çiy badam
5 ədəd xurma
1 su st qatıq
3 y/q chia toxumu
Hazırlanması:
Böyürtkən, qatıq və balı blenderə əlavə edib böyürtkənin rəngi qatığa keçənə qədər blenderdən keçirin.
Hazırladığınız qarışıma chia toxumlarını əlavə edib qarışdırın və qablara bölüşdürün.
Blenderi yuyun (rənglərin qarışmaması üçün) qatıq, çəyirdəklərini çıxardığınız xurmalar və çiy badamları qoyub xurma və badamlar tamamilə parçalana qədər blenderdən keçirin.
Chis toxumlarını içinə əlavə edib qarışdırın və böyürtkənli qarışımın üstünə tökün.
Ən az 3 saat ən çox 1 gecə soyuducuda saxlayıb servis edin.