Tərkibi:
4 ədəd orta boy kabak
1 ədəd iri quru soğan
3 ədəd iri pomidor
2 iri diş sarımsaq
yarım çay st zeytun yağı
1 çimdik quru nanə
1 türk qəhvəsi fincanı düyü
1-2 ç/q toz şəkər
1 su st isti su
Hazırlanması:
Pomidorları, soğanı və sarımsaqları yeməklik doğrayın.
Kabakları bıçaqla və ya çəngəllə cızın və ikiyə bölün, sonra 1 sm qalınlığında doğrayın.
Soğanı, sarımsağı qazana qoyun, duzunu və zeytun yağını əlavə edib qovurun. Pomidorları da əlavə edib qarışdırın.
Kabakları, düyünü və suyunu əlavə edib qarışdırın.
Suyunu da əlavə edib, düyülər yumşalana qədər təxminən 20-25 dəqiqə bişirin. Təzə nanə və bir qədər quru nanə əlavə edərək servis edin