Qadin.NET / Kartoflu keks (foto-resept)

Kartoflu keks (foto-resept)

Tərkibi:

2 ədəd orta boy kartof (qaynadılmış)

3 ədəd orta boy yumurta

1 su st duru yağ

1 su st qatıq

2,5 su st un

1 paket qabartma tozu

3 sap yaşıl soğan

1 dəstə cəfəri

1 ç/q duz

1 y/q susam

1 ç/q çörəkotu

Hazırlanması:

Qaynadılmış kartofları soyun və kub halında doğrayın. Yuyub qurutduğunuz cəfəri və təzə soğanı incə-incə doğrayıb qırağa qoyun.

Yumurta, duru yağ, qatıq və duz əlavə edərək 2 dəqiqə çırpın.

Unu, qabartma tozunu əlavə edərək 1 dəqiqə çırpın. Doğradığınız cəfəri, soğan və kub-kub doğranan kartofları əlavə edib qarışdırın.

Soba qabını yağlayın, qarışımı tökün. Keksin üstünü düzəldin, çörəkotu və susam səpin.

180 dərəcə əvvəlcədən isidilmiş sobada üstü qızarana qədər təxminən 30 dəqiqə bişirin.

Soyuyanda dilimləyərək servis edin.

27 iyun 2020
GO BACK