Qadin.NET / Pendirli "Vol-au-vent" (foto-resept)

Pendirli "Vol-au-vent" (foto-resept)

Tərkibi:

24 ədəd qat-qat xəmir (milföy)

1 yumurta sarısı

içlik üçün

ağ pendir

krem pendir

istəyə görə labne pendiri

mayonez

Hazırlanması:

12 ədəd qat-qat xəmiri su stəkanı və ya eyni böyüklükdə xəmir qəlibi ilə kəsin və yağlı kağız sərdiyiniz soba listinə qoyun.

Qalan 12 dənə qat-qat xəmiri eyni formada su stəkanı ilə kəsin, ortasına daha kiçik qəlib və ya çay stəkanı ilə kəsərək çıxarın.

Soba listinə qoyduğunuz qat-qat xəmirlərin üstünə yumurta çəkin və kəsdiyiniz qapaqları üstünə yerləşdirin.

200 dərəcə əvvəlcədən isidilmiş sobada qat-qat xəmirləri qızarana qədər bişirin. Bişən xəmirləri sobadan çıxarın.

Ağ pendiri sürtgəcdən keçirin, krem pendiri doğranımış cəfəriyə əlavə edib püre halına gətirin.

Sıxma torbası ilə qat-qat xəmirlərin içinə sıxın. Mayonezlə servis edin.

19 iyun 2020
GO BACK