Qadin.NET / Dondurmalı, isti şokoladlı keks (foto-resept)

Dondurmalı, isti şokoladlı keks (foto-resept)

Tərkibi:

100 qram bitter şokolad

100 qram kərə yağı

40 qram toz şəkər

20 qram un

2 ədəd yumurta

qabları yağlamaq üçün:

un və kərə yağı

Hazırlanması:

Bitter şokoladı və kərə yağını benmari üsulu əridin.

Yumurta, un, şəkəri yaxşıca çırpın, benmari üsulu əritdiyiniz şokolada və kərə yağına əlavə edərək yenidən qarışdırın.

Alminium soba qablarını əvvəlcə kərə yağı ilə yağlayın. Daha sonra içinə un səpərək hər tərəfini unlayın və qabı tərs çevirərək unun çoxunu tökün.

Qarışım bərabər olaraq qablara doldurun və əvvəlcədən isidilmiş 180 dərəcə sobada 7-8 dəqiqə bişirin.

İsti keksləri servis qabında tərs çevirin və dondurma ilə servis edin.




17 iyun 2020
GO BACK