Qadin.NET / Noxudlu tərəvəz yeməyi (foto-resept)

Noxudlu tərəvəz yeməyi (foto-resept)


Tərkibi:
1 dəstə dirrik pərpərəni
1 ədəd orya boy soğan
1 ədəd orta boy pomidor
4-5 y/q zeytun yağı 
1 su st qaynadılmış noxud
1 ədəd orta boy kök
2 diş sarımsaq
duz

Hazırlanması:
Yuyub süzdüyünüz dirrik pərpərəni iri-iri doğrayın.
Soğanları və pomidorları yeməklik doğrayın. Sarımsağı xırda-xırda doğrayın, kökü sürtgəcdən keçirin.
Orta boy qazana zeytun yağı əlavə edin, yeməklik doğradığınız soğanları və duzu tökün. Soğanlar xəfif qızarana qədər qovurun. Sürtgəcdən keçirdiyiniz kökləri qatıb, qovurun.
Pomidoru və sarımsaqları əlavə edərək qarışdırın.
Noxudları əlavə edin və 1-2 dəqiqə qarışdıraraq bişirin.
Dirrik pərpərənini əlavə edin və orta dərəcədə suyunu salıb, bütün ərzaqlar bişənə qədər bişirin.
13 iyun 2020
GO BACK