Tərkibi:
3 y/q yulaf əzməsi
3 y/q qatıq
3-4 ədəd qoz
2 ədəd orta boy əncir
darçın
bal
Hazırlanması:
Qatığı bankaya əlavə edin, üstünə yulaf əzməsini yayın.
Qozları xırda-xırda doğrayın, əncirləri də istədiyiniz böyüklükdə və naziklikdə dilimləyin.
Doğradığınız ərzaqları bankaya əlavə edin, üstünə darçın səpin, bal gəzdirin.
Bankanın qapağını bağlayın və soyuducuda saxlayın, həmin gün yeyin.