Qadin.NET / Xurmalı şəkərsiz keks (foto-resept)

Xurmalı şəkərsiz keks (foto-resept)

Tərkibi:
2 adəd yumurta
12 adəd xurma (iri və ətlidirsə 8 adəd kifayətdir)
2 y/q kərə yağı
2 adəd orta boy kök
1 paket qabartma tozu
1,5 st buğda unu
2 ç/q darçın

Hazırlanması:
Xurmaları qabın içinə qoyun, üstünə qaynar su əlavə edin və 30 dəqiqə gözləyin.
Yumşalanan xurmaları blenderdan keçirin və püre halına gətirin. Kökləri sürtgəcdən keçirin.
2 yumurtanı çırpın, kərə yağını, xurma püresini və kökləri əlavə edərək qarışdırın.
Un, qabartma tozu və darçın əlavə edərək yenidən qarışdırın.
Kiçik muffin qablarına 1 dondurma qaşığı və ya yemək qaşığı ilə bölüşdürün.
180 dərəcə əvvəlcədən isitdiyiniz sobada 15 dəqiqə bişirin və soyuduqda servis edin.

17 may 2020
GO BACK