Qadin.NET / Ballı, badamlı krep (foto-resept)

Ballı, badamlı krep (foto-resept)

 

Tərkibi:

1 ədəd yumurta

1 litr süd

1 ç/q şəkər

1 paket qabartma tozu

aldığı qədər un

 

iç üçün:

100-150 qram qaymaq

5-6 y/q bal

50-100 qram badam

 

Ballı, badamlı krep (foto-resept)

 

Hazırlanması:

Yumurta, süd, duz və şəkər çırpılır. Daha sonra unu az-az əlavə edin və çırpın 

Tavaya 1-2 yemək qaşığı duru yağ qoyun, qızanda duru xəmiri tavaya tökün.

Alt üzü bişəndə çevirin, iki tərəfi də bişirilir və servis qabına qoyun. 

Üstünə isti-isti marqarin çəkin və hər qata eyni prossesi təkrarlayın və üst-üstə düzün. Soyuduqdan sonra içinə bal və qaymaq çəkərək rulet kimi bükün.

Rulet 4 sm qalınlığında kəsilir və tavaya düzülür.

Qalan qaymat ruletlərin üstünə çəkilir, 1 badam qoyun və üstünə bal gəzdirin.

 

Ballı, badamlı krep (foto-resept)

 

29 aprel 2020
GO BACK