Tərkibi:
750 qram yaşıl pomidor
2 ədəd orta boy soğan
2 iri diş sarımsaq
yarım çay st zeytun yağı
yarım çay st düyü
1 y/q toz şəkər
duz
1,5 su st su
1 y/q doğranmış təzə nanə
1 y/q doğranmış şüyüd
Hazırlanması:
Pomidorları yuyun və saplarını qoparın. Böyüklüyünə görə uzununa 2 və ya 4 hissəyə bölün.
Soğanları və sarımsaqları yeməklik doğrayın, qazana atın. Zeytun yağı və duzunu əlavə edərək orta dərəcədə çəhrayiləşənə qədər qovurun.
Yaşıl pomidorları, düyünü və şəkəri qazana əlavə edib qarışdırın. Üstünə suyu əlavə edərək 1 daha qarışdırın və qapağı qapalı olaraq pomidorlar yumşalıb düyülər şişənə qədər bişirin.
Qazın altını söndürəndə doğranmış şüyüd və nanəni yeməyə əlavə edərək qarışdırın.
1 saata qədər gözlədiyiniz yeməyi otaq istiliyində və ya soyuq servis edin.