Qadin.NET / Qazanda quzu qabırğa (foto-resept)

Qazanda quzu qabırğa (foto-resept)

 

Tərkibi:

quzu qabırğa (550-600 qram yağlı)

duz

istiot

su (qabırğanın yarısına qədər)

 

Hazırlanması:

Quzu qabırğanı yuyun və ölçülərinə uyğun qazana yerləşdirin.

Ətin yarısına gələcək qədər su əlavə edin.

Duzunu və bibərini əlavə etdikdən sonra qazanın qapağını bağlayın. Aşağı dərəcədə ətlər suyunu çəkib əriyənə qədər bişirin.

Qazanda quzu qabırğa (foto-resept)

Qızan yağda ətləri çevirərək nar kimi olana qədər qızardın. Qızarıb sümüklərindən ayrılan əti servis edin.

Qalan yağda plov bişirib ətlərlə servis edə bilərsiniz.

Qazanda quzu qabırğa (foto-resept)

 

26 aprel 2020
GO BACK