Tərkibi:
1 su st plovluq bulqur
1 su st qaynadılmış yaşıl mərci
1 ədəd orta boy soğan
1 diş sarımsaq
2 y/q tomat (bibər-pomidor qatışıq)
3 su st ət suyu və ya (3 su st isti su +1 ət bulyon)
yarım çay st zeyun yağı
Hazırlanması:
Soğanı yeməklik doğrayın. Sarımsağı xırda-xırda edin.
Qazana zeytun yağı əlavə edin, soğanı əlavə edib 2 dəqiqə qovurun. Üstünə sarımsaqları əlavə edib 1-2 dəfə qarışdırın. Tomatı əlavə edib qoxusu çıxana qədər 1-2 dəqiqə qovurun.
Qazana bulqur və qaynadılmış mərciləri əlavə edərək 1 dəqiqə daha qovurun.
3 su stəkanı ət suyunu əlavə edib qarışdırın və qazanın qapağını bağlayın. Orta dərəcədə suyunu çəkənə qədər bişirin.
Suyunu çəkən plovun altını söndürün. Qazanın ağzına kağız dəsmal sərib tez örtün və 15 dəqiqə dəmlənməyə qoyun.
Dəmlənən plovu xəfif islatdığınız qaba qoyub tərs çevirin və servis edin.