Qadin.NET / Kartoflu Pilaki (foto-resept)

Kartoflu Pilaki (foto-resept)

 

Tərkibi:

 

5 ədəd orta boy kartof (1kq yaxın)

2 ədəd orta boy soğan

3 ədəd orta boy kök

2 ədəd iri pomidor

4 diş sarımsaq

7-8 y/q zeytun yağı

2 ç/q toz şəkər

1,5-2 su st su

duz

 

Hazırlanması:

Soğanı və sarımsağı kiçik kublar halında doğrayın.

Kartof, kök və pomidorları soyub eyni böyüklüyündə kublar halında doğrayın.

Zeytun yağını qazana əlavə edin. Soğan və sarımsağı əlavə edərək xəfif qızarana qədər qovurun.

Köklər qızarandan soğanları əlavə edərək 2-3 dəqiqə qovurun.

Kökün rəngi dəyişməyə başlayanda kartofları, duzu və şəkəri əlavə edərək 1 dəqiqə qədər qovurun. 

Kartoflu Pilaki (foto-resept)

Son olaraq pomidorları qazana əlavə edin və üstünə 1,5-2 su stəkanı isti su əlavə edərək aşağı dərəcədə suyunu çəkənə qədər bişirin.

İlıq və ya soyuq bol cəfəri ilə servis edin. 

Kartoflu Pilaki (foto-resept)

9 aprel 2020
GO BACK