Qadin.NET / Kartof Kroket (foto-resept)

Kartof Kroket (foto-resept)

 

Tərkibi:

 

500 qram qaynadılmış kartof

2 y/q doğranmış şüyüd

2 kiçik diş sarımsaq

2 sap incə doğranmış təzə soğan

2 y/q kərə yağı

duz

istiot

 

üstü üçün:

2 iri yumurta

2 su st un

2 su st qaleta unu

 

qızartmaq üçün:

duru yağ

 

Hazırlanması:

Qaynatdığınız kartofları soyun, duz, istiot, kərə yağı əlavə edərək əzməyə başlayın.

Şüyüd, əzilmiş sarımsaq və təzə soğanı əlavə edərək tamamilə qarışana qədər əzin.

Hazırladığınız püreni 1 saat soyuducuda saxlayın.

Kartofdan parçalar qoparın və silindr forması verin

Kartof Kroket (foto-resept)

Əvvəlcə una, sonra çırpdığınız yumurtaya, son olaraq qaleta ununa batırın.

Qızartma qazanına bolca yağ əlavə edin və qızdırın. 

Hazırladığınız kroketlərin dərin və qızğın yağda qızardın. Dəsmal kağız sərdiyiniz boşqaba qoyun.

İstəyə görə qatıq sousu ilə servis edin.

Kartof Kroket (foto-resept)

18 mart 2020
GO BACK