Tərkibi:
2 ədəd orta boy banan
2 y/q hindistan qozu (sürtgəcdən keçirilmiş)
2 y/q süd
200 qram labne pendiri
1 damla vanilya
2-3 ç/q pudra şəkəri
Alt hissəsi üçün:
yarım paket bisküvit
2 y/q kərə yağı
Üstü üçün:
Kakaolu kremşanti (yarım paket, 1 çay st soyuq südlə çırpılmış)
Bisküvit qırıntısı
Banan dilimləri
Hazırlanması:
Bisküvitlərin yarısından çoxunu blenderə əlavə edin. İçinə əritdiyiniz kərə yağını da əlavə edərək yüksək dərəcədə çəkin. Hazırladığını alt qatı qəliblərə bölüşdürün və biraz basdıraraq sıxlaşmasını təmin edin.
Bananları soyun, blendera əlavə edin. Labne pendiri, pudra şəkəri, 2 yemək qaşığı süd, vanilya və hindista qozunu birlikdə blenderdan keçirin.
Hazırladığınız bananlı kremi sıxma torbasına doldurun və bisküvitli alt qatı qoyduğunuz stəkanlara bölüşdürün.
Üstünə soyudulmuş süd ilə çırpdığınız kremşantini sıxın, banan, hindistan qozu və bisküvit qırıntıları ilə bəzəyərək servis edin.