Tərkibi:
1 stəkan şəkər tozu
1 yemək qaşığı su
1 çay qaşığı kərə yağı
1 stəkan badam
Hazırlanması:
Şəkər tozunu qazana əlavə edin. Aşağı dərəcədə, şəkərin yanı əriməyə başlayanda qazanı salladaraq ( qaşıq ilə qarışdırmayın) qarışdırın.
Şəkər tozu qazanın sadəcə ortasında qalanda qazanın yanından suyu əlavə edin və yenə qazanı salladaraq şəkər tozunun əriməyini gözləyin.
Əriyən şəkər tozuna otaq istiliyindəki kərə yağını əlavə edin və qazanı ehtiyatla salladın.
Kərə yağı qarışanda ocaqdan götürün, badamları əlavə edib qarışdırın.
Yağlı kağız sərdiyiniz tavaya hazırladığınız krokanı əlavə edin və yayın.
Yarım saatdan sonra bıçaq ilə istədiyiniz formada kəsin.
Nuş olsun!