Tərkibi:
3 ədəd balqabaq
2 stəkan boyat çörək qırıntısı
1 stəkan sürtgəcdən keçirilmiş kaşar pendiri
2 ədəd yumurta
Yarım armudu stəkan zeytun yağı
Hazırlanması:
Balqabaqları yuyub soyun və yarım sm qalınlığında dilimləyin.
Boyat körəkləri blenderdən keçirin.
Pendir, çörək,duz və istiotu qarışdırın.
Soba listini zeytun yağı ilə yağlayın.
Yumurtaları çırpın. Balqabaq dilimlərini əvvəlcə yumurtaya sonra çörək qırıntılarına batırın.
Balqabaqları sıra ilə soba listinə düzün. 200 dərəcədə əvvlcədən isidilmiş sobada üzəri nar kimi qızardın və isti servis edin.
Nuş olsun!