Tərkibi:
2 ədəd orta boy yumurta
1 çay st toz şəkər (100 ml stəkan)
1 çay st krem (100 ml stəkan)
1 çay st süd (100 ml stəkan)
1,5 çay st un (6 y/q)
1 ədəd armud
istəyə görə qoxulu üzüm
Hazırlanması:
Yumurta, şəkər, süd və kremi şəkər əriyənə qədər çırpın.
Unu da əlavə edin və topa-topa qalmayacaq qədər çırpın.
Soba listini kərə yağı ilə yağlayın. Armudun çəyirdəklərini çıxarın və dilimləyərək soba listinə yerləşdirin.
Üstünə xəmir qarışımını tökün və üzümləri əlavə edin.
170 dərəcə sobada üstü qızarana qədər təxminən 30 dəqiqə bişirin. İlıq və ya soyuq servis edin.