Tərkibi:
3 ədəd böyük yumurtanın ağı
220 qram toz şəkər
yarım ç/q krem tartar
qida boyası (sarı, çəhrayı, mavi)
Hazırlanması:
Yumurta ağlarını çırpma kasasına qoyun və yüksək dərəcədə çırpın.
Körpüməyə başlayanda kremin və şəkərin yarısını əlavə edin.
Şəkər əriməyə başlayanda qalan şəkəri də əlavə edin. Yumurta ağları krem şanti halına düşdükdə mikseri dayandırın.
Əgər rəngləndirəcəksinizsə, neçə rəngdə hazırlamaq istəyirsinizsə, o qədər qablarda bölüşdürün. 1-2 damla qida boyasını əlavə edib qarışana qədər qarışdırın.
Sıxma torbasına rəngləndirdiyiniz qarışımı doldurun və yağlı kağız sərdiyiniz listə istədiyiniz formada sıxın.
100 dərəcə isitdiyiniz sobada böyüklüyünə görə 60-90 dəqiqə arasında bişirin.
Soyuduqdan sonra servis edin.