Qadin.NET / Ətli blinlər (foto-resept)

Ətli blinlər (foto-resept)

 

Tərkibi:

 

Xəmir üçün:

280-290 qr un

0.5 ç/q duz

100 ml bitki yağı

4 ədəd yumurta (orta)

1 y/q şəkər tozu,

600 ml. süd (otaq istiliyində)

200 ml. su (otaq istiliyində)

 

İçlik üçün:

300-350 qr (hazır qiymə)

100-150 qram nar dənəsi

1 balaca dəstə keşniş,

duz və istiot (zövqə görə)

 

Hazırlanması:

Bütün ərzaqları bir qaba əlavə edib, mikserlə qarışdırın. Sonra unu az-az töküb qatışdırın. Hazır olduqdan sonra, bişirəcəyimiz qaba yağ əlavə edib xəmirləri qızardın. Xəmirin bir üzünü çox, digər tərəfi az qızardın.

 

Ətli blinlər (foto-resept)

 

İçliyi hazırlamaq üçün, qaba qiyməni, keşnişi və narı əlavə edib qarışdırın. Sonra xəmirin çox qızaran hissəsinə içliyi qoyub bükün. Bükdüyümüz blinləri yenidən qabda bitki yağı ilə qızardın.

 

Ətli blinlər (foto-resept)

 

Nuş olsun!

 

11 yanvar 2020
GO BACK