Tərkibi:
1 kq qaraciyər
200 qr qoz
300 qr yağ
5 ədəd yumurta
3 ədəd kök
2 ədəd dəfnə yarpağı
1 diş sarımsaq
4-5 bibər
duz və qırmızı istiot
Hazırlanması:
İlk öncə ciyərin pərdəsini soyub, doğrayın sonra içərisinə 1 ədəd soğan, dəfnə yarpağını, qara istiotu əlavə edib bişirin. Ciyər qaynamağa başlayanda üzərinə yığılan köpükləri götürüb, 1 qaşıq duz əlavə edin. Başqa qabda yumurta ilə kökü bişirin. Sonra soğanları tavada qızardın və içinə bişirdiyiniz ciyərləri və kökü əlavə edib qovurun. Daha sonra ciyərləri 3 dəfə ət maşınından keçirin. Üzərinə isə qozu bir dəfə ət maşınında keçirib duz, istiot və yağı əlavə edib qarışdırın. Sonra salafanı taxtanın üzərinə qoyub ət maşınından keçirdiyimiz ciyərləri salafanın üstünə yığın və yayın. Üzərinə isə yağ çəkin və salafanda rulet kimi büküb soyuducuya yerləşdirin. 4-5 saat soyuducuda saxladıqdan sonra doğrayıb süfrəyə verin.