Tərkibi:
3 ədəd armud
12 ədəd milföy xəmir (ikili altı ədəd)
1 yumurta sarısı
2-3 y/q toz şəkər
servis üçün:
adambaşı bir top vanilli dondurma
Hazırlanması:
6 ədəd milföy xəmirini mətbəx təzganı qoyun və açılması üçün 10 dəqiqə gözləyin.
Armudları yuyun və uzununa iki hissəyə bölün, ortasındakı çəyirdəklərini çıxardın.
Armudlarda şəkildəki kimi bıçaqla 3-4 çapıq atın və xəmirin üstünə yerləşdirin.
Xəmirdə armudun formasında və yarpaq formasında kəsin, yarpaq hissələrinə dərin olmayan cızıqlar atın.
Armudları xəmirlərin kənarına örtün. Yağlı kağızın üstünə aralıqlarla düzün.
Yumurta sarısını armudlara və xəmirə çəkin, toz şəkər səpin.
200 dərəcə əvvəlcədən isidilmiş sobada xəmirlər qızarana qədər bişirin.
Dondurma ilə servis edə bilərsiniz.