Qadin.NET / Feyxoa mürəbbəsi (foto-resept)

Feyxoa mürəbbəsi (foto-resept)

 

Tərkibi:

yarım kq feyxoa 

250 qram şəkər tozu 

yarım litr su

2 ç/q konyak

 

Hazırlanması

Tam yetişmiş feyxoa götürürük. Feyxoanın qabığını soyuruq (qabıqları atmırıq). Feyxoa çox bərkdirsə, meyvələri iti çəngəllə iki tərəfdən deşirik. Meyvələri soyuq suya qoyuruq ki, rəngi tündləşməsin.  Qazanda şəkər tozundan və sudan sirop hazırlayırıq. Hazır siropa feyxoanın qabıqlarını tökürük və 5 dəqiqə ərzində vam odda qaynadırıq. Daha sonra siropu süzgəcdən və ya tənzifdən yaxşı süzürük.

Feyxoa mürəbbəsi (foto-resept)

 Siropa feyxoa meyvələrini tökürük və orta odda 40 dəqiqə ərzində bişiririk. Mürəbbəni vaxtaşırı olaraq qarışdırmaq lazımdır. Hazır olmağa 1 dəqiqə qalmış mürəbbəyə konyak əlavə edirik.

Mürəbbəni steril bankalara yığırıq, dəmir qapaqlarla bağlayırıq, qapaqları aşağı olmaqla süfrənin üstünə düzürük və isti ədyalla bükürük.

Feyxoa mürəbbəsi (foto-resept)

30 avqust 2019
GO BACK