Qadin.NET / Böyürtkən mürəbbəsi (foto-resept)

Böyürtkən mürəbbəsi (foto-resept)

 

Tərkibi:

500 qram təzə böyürtkən

350 qram toz şəkər (2 su st toz şəkər)

1 ç/q limon suyu

 

Hazırlanması:

Böyürtənləri yaxşıca yuyun. Suyunu süzüb, dərin qaba qoyun.

Üstünə şəkəri əlavə edərək yarım saat saxlayın. Qazı yandırıb, 20-30 dəqiqə aşağı dərəcədə qatılaşana qədər bişirin. Şəkər əriyənə qədər qarışdırmağı unutmayın.

Böyürtkən mürəbbəsi (foto-resept)

Köpüklənməyə başlayanda qaşıqla hamısını götürün. 

Qazı söndürənə yaxın limon suyu əlavə edə bilərsiniz.

Böyürtkən mürəbbəsi (foto-resept)

 

20 avqust 2019
GO BACK