Tərkibi:
1 kq qara tut
1 kq toz şəkər
1 ç/q limon suyu
Hazırlanması:
Qara tut yuyulur və suyu süzülür. Qazanda üstünə toz şəkər əlavə edilir, 3-5 saat gözləmədə saxlanılır.
Şəkər əriməyə başlayacaq. Sonra qazın üstünə qoyulub qaynatmağa başlayın.
Şərbəti mürəbbə formasına düşənə qədər qaynadın.
Tutların əriməməsi üçün uzun müddət əritməyin.(təxminən yarım saat)
Qazın üstündən götürməyə yaxın limon suyu da əlavə edin.
Qaynar halda bankaya töküb, ağzını bağlayın.