Qadin.NET / Xiyar turşusu (foto-resept)

Xiyar turşusu (foto-resept)

 

Tərkibi:

 

3 kq nazik xiyar

1 limon

1 ç/q limon duzu

4 ç/q qaya duzu

8-10 diş sarımsaq

1 ovuc noxud

yarım çay st sirkə

 

Hazırlanması:

Xiyarları yaxşıca yuyun.

Turşu qoyacağınız qabın dibinə sarımsaqları soyub yerləşdirin.

1 ovuc noxudu da sarımsaqların üstünə yerləşdirin.

Daha sonra yuduğunuz xiyarları çəngəllə deşin, qabın içinə qoyun.

Xiyar turşusu (foto-resept)

Üstünə sirkə və limon suyu əlavə edin.

Son olaraq suyun içinə duzu əlavə edin və əriyənə qədər qarışdırın.

Turşunuz 25-30 günə hazır olacaq.

Xiyar turşusu (foto-resept)

29 iyul 2019
GO BACK