Qadin.NET / Portağal mürəbbəsi

Portağal mürəbbəsi

Portağal mürəbbəsi

 

Tərkibi:

1 kq qalın qabıqlı portağal
8 st. şəkər tozu
1 ədəd limon suyu
5 st. su

 

Hazırlanması:

Portağallar yuyulur,ağ iç qabığı qalacaq şəkildə narıncı qabığı soyulur.Soyulan portağalların bir neçə yerinə bıçaqla delik açılır.Portağallar bu şəkildə dərin bir qazana tökülür üzərini örtəcək qədər su tökülür.5-10 dəq. qaynadılır,su süzülür.Bu proses portağalların acısı gedənə qədər ən azı 2 dəfə yerinə yetirilir(qaynadılma süzmə işi).Başqa bir qazanda su və şəkər tozu qaynadılır.Suyu süzülən portağallar istənilən şəkildə dilimlənir və şirənin içinə tökülür.Limon suyu da əlavə edilir,mürəbbə şəklinə gələnə qədər bişirilir.Soyuduqda bankalara yığılır.
Bu metodla limon,naringi və qreypfrut mürəbbələri də hazırlamaq olar.

 

Nuş olsun!

4 may 2010
GO BACK